AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“Elektron hökumət” portalı və Fərdi İdentifikasiya Nömrəsi (FİN)

127007 Mətni çap edin Mətni göndərin

Müraciət etdiyimiz  qurumlarda  anket  tamamlayarkən, həmçinin,  son vaxtlar daha çox istifadə etdiyimiz elektron xidmətlərdə və müraciətlərdə bizdən  FİN-kodu qeyd etməyimiz tələb olunur.

Bəs FİN kod nədir?

FİN kod –şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifiksiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. 

Qeyd edək ki, “Elektron hökumət” portalında autentifikasiyadan (qeydiyyatdan) keçən vətəndaşı portal identifikasiya etdiyi üçün xidmətlərdən istifadə zamanı FİN kod tələb olunmur. Məsələn, Təhsil Nazirliyinin təqdim etdiyi “Diplom haqqında məlumatlar” xidmətindən istifadə edərkən xidmət vətəndaşa “Diplomun seriya və nömrəsinə görə”, “FİN-ə görə” kateqoriyası üzrə iki seçim verir. Vətəndaş FİN-ə görə kateqoriyasını seçdikdə məlumatlar sistem tərəfindən avtomatik formalaşdırılır.

Onu da qeyd edək ki, “Elektron hökumət” portalında Daxili İşlər NazirliyininFİN-ə görə fərdi məlumatların axtarışıxidməti var ki, bu xidmət vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür.  Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.

Odur ki, FİN kod (o cümlədən, şəxsiyyət vəsiqəsinin surəti) aid olduğu fərd tərəfindən qorunmalı,  zərurət olmadığı hallarda başqasına etibar edilməməlidir. Bir sözlə sizin şəxsi informasiyalarınızı özündə daşıyan şəxsiyyət vəsiqənizin  FİN kodunu bank və sosial təminat kartınızın FİN kodu  kimi qorumalısınız.

 

  • 454

    Portalda olan xidmətlərin sayı