AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

15.04.2015

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızn istifadəsinə verildi. İstifadəçilər tərəfindən səbirsizlilə gözlənilən həmin  e-arayışlar aşağıdakılardır:
    Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
    Yaşayış yeri haqqında arayış
    FİN-ə görə fərdi məlumatların axtarışı
    Diplom haqqında məlumatlar

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər.  E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür .
FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
    Soyad, ad, ata adı
    FİN
    ŞV verilmə tarixi
    Etibarlılıq tarixi
    Verən orqanın adı
    Vətəndaşlıq
    Yaşayış ünvanı
    Doğum yeri
    Doğum tarixi
    Boy
    Qan qrupu 
    Ailə vəziyyəti
    Hərbi vəzifə
    Cins
    Göz rəngi 
E-arayışın çap edilərək aidiyyatı quruma təqdim edilməsi də mümkündür .
Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
    Qəbul olduğu təhsil müəssisəsinin adı
    Qəbul olduğu ixtisas
    Yerdəyişmə üzrə məlumatlar
    Bitirdiyi Təhsil müəssisəsinin adı
    Bitirdiyi ixtisas
    Fakultə
    Təhsil pilləsi
    Təhsil forması
    Təlim dili
    TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
    Təhsil müəssisəsinə daxil olduğu il
    Təhsil müəssisəsini bitirdiyi il
    Diplomun seriya və nömrəsi
    Diplomun növü
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə  daxil olmaq kifayətdir. 
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür. 

 

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya