AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

13.04.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müraciətinə əsasən "Elektron Hökumət” portalının operatoru tərəfindən "Mənim məktəbim" informasiya ehtiyatı Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində dövlət qeydiyyatına alındı. "Mənim məktəbim" informasiya ehtiyatının tərkibində 1995-ci ildən 2014-cü ilədək olan dövr üzrə Respublikanın bütün məktəblərinin məzunlarının göstəricilərinin dinamikası təhlil şəklində yerləşdirilmişdir. Bu məlumatlarfənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edir.

"Mənim Məktəbim" informasiya ehtiyatı göstəricilərin dinamikası, qəbul proseslərinin nəticələri və ən qabaqcıl məzunlar kimi bölmələrdən ibarətdir. Sözügedən informasiya ehtiyatnda təfərrüatı ilə bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli/ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar öz əksini tapmışdır.

Hazırda, "Mənim Məktəbim" informasiya ehtiyatı www.mekteb.edu.az saytında istifadəçilərə təqdim edilir.

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya