Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

19.03.2015

Bu gündən etibarən “Expressbank” kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu e-xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Hazırda, "Expessbank"ın Mərkəz, Müştəri Xidməti Departamenti, Sumqayıt, Yasamal, Neftçilər filialları "Elektron hökumət" portalı üzərindən e-arayışlardan istifayə start veriblər və  tezliklə digər filiallarda da e-arayışlar tətbiq olunacaq.

"Elektron hökumət" portalı vasitəsilə elektron arayışı vətəndaşlar sutkanın 24 saatı, günün istənilən vaxtı əldə edə bilirlər. Bundan əlavə, kağız üzərində olan arayışlardan fərqli olaraq vətəndaş portal vasitəsilə vaxt itkisinə yol vermədən və əlavə narahatlıq yaşamadan istədiyi növ arayışı formalaşdıra bilir. Bir sözlə, e-arayışlar sayəsində vətəndaşın harasa getmək, növbə gözləmək kimi qayğıları aradan qalxmış olur.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalı gündəlik həyatda ən çox istifadə olunan və sosial tələbat formalaşmış bir sıra arayışların elektron şəkildə vətəndaşlara təqdim olunması üzərində işləyir.