AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

10.02.2015

 

“Elektron hökumət” portalında  daha bir yeni elektron xidmət vətəndaşların istifadəsinə verildi. Bu xidmət Səhiyyə Nazirliyi tərəfindən portala inteqrasiya edilən  “Tibbi müayinə kartının onlayn sifarişi” elektron xidmətidir.

 Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Maliyyə və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə “Tibbi müayinə kartı sisteminin tətbiqi Qaydaları” təsdiq edilib. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Bu sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazasının yaradılmasıdır. Vətəndaşlar bu sistemdən yararlanmaq üçün müayinə kartını “Elektron Hökumət” portalı vasitəsilə sifariş edə bilərlər.

 Kartların üzərinə yerləşdirilmiş çipin tərkibində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Kartlarda mövcud müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucular vasitəsilə oxuna və dəyişdirilə bilər. Qeyd edək ki, vətəndaşlar bu xidmətdən autentifikasiyadan keçmədən yararlana bilərlər.

Bununla, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin sayı 32 oldu.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya