Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

02.02.2015

İqtisadiyyat və Sənaye Nazirliyi   ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində nazirliyin  "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu. Beləliklə portal üzərindən İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 8-ə çatdı.

Bu xidmət vasitəsilə dövlət rüsumlarını, cərimələrini və digər ödənişləri onlayn rejimdə ödəmək mümkündür. "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" e-xidmətindən faydalanmaq üçün portalda autentifikasiya tələb olunmur.

Hazırda, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 406-dır.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.