AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

27.01.2015

Kreditin rəsmiləşdirilməsi və digər bank prosedurlarının daha operativ təşkili üçün artıq Rabitəbank elektron arayışdan istifadəyə başlanılması üçün zəruri texniki-texnoloji işlər başa çatmışdır. Bu işlərin təşkili "Elektron Hökümət” portalının Operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Rabitəbank arasında imzalanmış müqavilə əsasında baş tutmuşdur.

Elektron hökümət portalında qeydiyyatdan keçmiş və ya Portalda avtorizasiya üçün digər vasitələrə malik olan vətəndaşlar bu gündən etibarən onlayn rejimdə internet olan istənilən məkandan kredit sifarişi üçün banka müraciət edə bilərlər.Bunun üçün vətəndaş yalnız şəxsiyyət vəsiqəsi ilə bankın müvafiq filialına yaxınlaşmalıdır.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

Elektron arayış vətəndaş tərəfindən "Elektron hökümət” Portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir:

-Iş vaxtına bağlılığın olmaması. Elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür;

-Vaxta qənaət. Operativlik. Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;

-Şəffaflıq. Vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi;

-Məlumatların dəqiqliyi. Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır;

Hal-hazırda Portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif istiqamətlər (ehtiyyaclar) üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya