AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

22.01.2015

 Vergilər Nazirliyi (VN) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində daha 5 elektron xidmət "Elektron hökumət” portalına inteqrasiya olundu və artıq portal üzərindən VN-nin göstərdiyi elektron xidmətlərin sayı 59-dur. Portala inteqrasiya olunmuş yeni xidmətlər aşağıdakılardır:

  •  Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması;
  • Büdcə rekvizitləri barədə məlumatın verilməsi;
  • Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi;
  • Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi;
  • Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı.

İstifadəçilər qeyd olunan xidmətlərdən  autentifikasiyadan keçməklə faydalana bilərlər.

İstifadəçilərin nəzərinə çatdırırıq ki, VN-in  müvəqqəti dayandırılmış iki xidməti də yenidən aktiv olunmuşdur. "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron ximətləri artıq vətəndaşların istifadəsinə verilmişdir.

Beləliklə, "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 405-ə çatdırılmışdır.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya