AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

30.01.2015

Cari ilin yanvar ayının 30-da "Elektron hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyininnin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə Suraxanı rayonu 2 nömrəli Uşaq Evinin sakinləri ziyarət edilib. 2 fevral – Gənclər Günü münasibətilə təşkil edilən tədbirin əsas məqsədi gələcəyimizin təminatı olan uşaqları təbrik etmək, həmçinin, "Elektron hökumət"də gənclər üçün yaradılmış imkanlar barədə onları məlumatlandırmaq olub.

Uşaqlara ölkəmizdə informasiya texnologiyaları sahəsində yeniliklər, o cümlədən elektron xidmətlər, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqəsi barədə ətraflı  məlumat verilib. Sevindirici hal kimi qeyd etmək lazımdır ki, uşaqlar xeyli kompüter biliklərinə malik olduqlarını göstəriblər. Verilən məlumatların gənclərin hafizəsində möhkəmləndirilməsi məqsədilə təşkil edilən sorğu-sual və müzakirələr iştirakçıların böyük marağına səbəb olub.

Sonda, 2 fevral –Gənclər Günü münasibətilə bütün uşaqlara hədiyyələr verildi. Sual-cavab və müzakirələrdə fərqlənənlər xüsusi hədiyyələrlə mükafatlandırıldı.

"Elektron hökumət" quruculuğu çərçivəsində təşkil olunan belə tədbirlərin məramı hər bir Azərbaycan vətəndaşını e-xidmətlərdən istifadəyə təşviq edərək, ölkədə gedən rəqəmsallaşma prosesinin iştirakçısına çevirməkdir.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya