AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

14.01.2015

Məlumat Hesablama Mərkəzi (MHM) Hilton Baku Hotelinin Açıq Hökumət Məlumatları üzrə www.data.e-gov.az portalının təqdimat mərasimini keçirdi və  E-Gov 3.0 mərhələsinə start verildi. Tədbirdə bir çox dövlət qurumlarının və özəl şirkətlərin rəsmiləri iştirak edirdilər. Tədbir Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin çıxışı ilə açıq elan olundu.

Daha sonra, MHM-in direktoru Nail Mərdanov przentasiya ilə çıxış edərək Açıq Hökumət Məlumatlarının ictimai mahiyyətindən, Açıq Məlumatların azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs və ya biznes qurumu tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlar olduğunu söylədi. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli  mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.

Qeyd olundu ki, Açıq məlumatlar Elektron Hökümət quruculuğunda yeni bir inkişaf mərhələsidir. http://data.e-gov.az/ portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən  məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin, müxtəlif servislərin  hazırlanması üçün istifadə edə biləcəklər.

www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Portalın müvəffəqiyyəti əhalinin və biznes strukturların nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökümət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulmuşdur. Natiq bütün dövlət və özəl qurumları bu mərhələdə aktiv olmağa səslədi.

Tədbirdə ƏƏSMN-in, DGK-nin rəsmilərinin və müxtəlif özəl şirkətlərin nümayəndələrinin çıxışları səsləndi. Hər bir qurum tərəfindən "Elektron Hökumət" quruculuğu sahəsində görülən işlər barədə məlumat verildi.  Eləcə də, E-GOV 3.0 mərhələsi ilə bağlı münasibətlər iştirakçıların diqqətinə çatdırıldı.

Sonda “data.e-gov.az” portalının təqdimat mərasimi çərçivəsində Açıq Məlumatlar üzrə müsabiqə elan olundu. Müsabiqənin şərtləri barədə də “Elektron Hökumət” portalından və www.data.e-gov.az saytından məlumat əldə etmək olar.

Tədbir yekunlaşdıqdan sonra, tədbir iştirakçılarına “Elektron Hökumət” portalına daxil omaq üçün kod/parollar təqdim edildi.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya