AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

06.01.2015

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində ƏMDK-nın daha 2 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu və portal üzərindən ƏMDK-nın göstərdiyi elektron xidmətlərin sayı 31-ə çatdı:

  •  İxtisaslaşdırılmış pul hərracı
  •  Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı

"İxtisaslaşdırılmış pul hərracı” e-xidməti vasitəsilə özəlləşdirilən obyektlərin səhmlərinin, eləcə də dövlət müəssisəsi və obyektlərinin, avtonəqliyyat vasitələrinin, yarımçıq tikili və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə keçirilən hərracların daha sivil qaydada, elektron şəkildə həyata keçirilməsi mümkün olacaq.

"Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” e-xidməti vasitəsilə özəlləşdirmə prosesində kiçik dövlət müəssisə və obyektlərinin və dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı reallaşdırılacaq.

Beləliklə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərarı ilə ƏMDK üzrə təsdiq ediıən 27 elektron xidmətin 26-sı portala inteqrasiya edildi.

Daha ətraflı məlumat üçün press@rabita.az  ünvanına müraciət edə bilərsiniz.

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 440

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya