Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

18.04.2017

Elektron imza tətbiqinin üstünlükləri və aktual problemlərinə həsr olunan Respublika Elmi-Praktiki konfransı keçirilib

Tədbir Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki dəstəyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (ATU) “Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda Respublika Elmi-Praktiki konfransı keçirilib.

Konfransın ilk günündə çıxış edən ATU-nun rektor əvəzi Xalıq Yahudov elektron imzanı İnformasiya Cəmiyyətinin ən vacib atributu adlandırıb və bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev isə “Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri adlı məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.
 

Plenar iclasdan sonra konfrans işini aşağıdakı 3 bölmə üzrə davam etdirib:

  • - Elektron hökumətin imkanları və perspektivləri;
  • - Elektron imzanın əhəmiyyəti;
  • - İnformasiya cəmiyyətində elektron sənədlər və onların dövriyyəsi.

Konfransda “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri “Elektron hökumət” portalının strukturu, “Elektron hökumət” portalının qurumlararası mübadilə servisləri, “Açıq hökumət məlumatları” portalının strukturu, “Elektron hökumət” portalında elektron arayışların formalaşması, “Artırılmış Reallıq” texnologiyasının “Elektron hökumət” portalında tətbiqi, “Elektron hökumət” portalının informasiya təhlükəsizliyi, “Elektron hökumət” portalının texniki infrastrukturu, ““Elektron imza” ilə menecment fəaliyyəti və biznes proseslərinin səmərəliliyinin artırılması”, Mobil imza və elektron ödəniş tətbiqinin genişləndirilməsi, Açıq açar infrastrukturunun perspektiv texnologiyaları” , “”E-imza” texnologiyalarının kütləvi tətbiq sahələri, e-imza istifadəsinin texniki və hüquqi aspektləri”, ““Elektron imza” tətbiqi ilə fərdi və məxfi məlumatların mühafizəsi” mövzularında elmi məqalə ilə çıxış ediblər.

Konfransa ümumilikdə 90 məqalə təqdim olunub.