AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

13.04.2017

Ali məktəb tələbələri üçün “Elektron hökumət” mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Elektron hökumət” mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təşkil edilib.

Seminarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin (EHTTM) direktor vəzifəsini icra edən Rauf Cabbarov çıxışında müasir dövrdə İKT sahəsinə aid peşələrə olan tələbat və bu sahədə mütəxəssis çatışmazlığından söz açıb. Dövrün iş tələblərindən bəhs edən məruzəçi hər sahədə olduğu kimi, İKT sahəsində də peşəkarlığın önəmli olduğunu vurğulayıb.

Tədbirdə EHTTM-in fəaliyyətinə də toxunularaq, mərkəzin İKT sahəsinin bütün istiqamətləri üçün peşəkar kadr hazırlığı ilə məşğul olduğu, eyni zamanda burada təlim-tədris keyfiyyətinə “Microsoft” və “Cisco” kimi şirkətlərin öz keyfiyyət nişanı ilə zəmanət verdiyi diqqətə çatdırılıb.

  • 436

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 335

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 494

    Dövlət saytlarında olan xidmətlər

  • 447

    Portalda olan xidmətlərin sayı