AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

07.03.2017

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn şəkildə edəcəklər

Artıq dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcəklər.

Belə ki, “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.
Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70%-i, Fransada isə yerli əhalinin 50%-i onlayn sığortadan istifadə edir.

Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya