AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

01.03.2017

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə "Elektron hökumət" mövzusunda seminar keçirildi

"Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar təşkil olundu. Seminarda Elektron Hökumət Təlim Tədris Mərkəzinin və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış etdilər.

Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə İKT sahəsinin inkişafı, İT-karyera, həmçinin Elektron hökumət və elektron imza mövzusunda ümumi məlumat verdi.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov Elektron hökumətin infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya təqdimat üzrə geniş məlumat verdi. Məruzəçi "Elektron hökumət” portalı üzərindən təqdim olunan elekctron xidmətlər barədə ətraflı məlumat verərək portal üzərindən təqdim olunan bir çox elektron xidmətlərin məhz gənclər üçün nəzərdə tutulduğunu qeyd etdi.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdirildi.

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya