AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

14.01.2016

Avstriyalı mütəxəssis Azərbaycanda "Elektron hökumət" sahəsində görülən işləri yüksək qiymətləndirib
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və sahənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması üçün Azərbaycana dəvət olunub.
Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur.
Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. Cənab Rup ölkədə olduğu dövrdə Azərbaycanda elektron hökumətin təşkili ilə bağlı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və qurumlarda görüşlər keçirib. Cənab Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda cənab Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib.
Kristian Rupun Azərbaycana səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
 
Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında (www.e-gov.az) elektron xidmətlərin sayı 430-a çatıb.
  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya