AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

30.11.2016

Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb
 
“Elektron hökumət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasıda müqavilə imzalanıb.
Müqaviləni Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və “Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıblar.
Müqavilə “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamın 2-ci hissəsinə əsasən “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması” layihəsi çərçivəsində imzalanıb.
Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcəkdir. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.
Bu gün imzalanan müqavilə elektron hökumətin inkişifında atılan ən mühüm addımlardan sayılır.
  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 440

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya