Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

20.09.2016

20.09.2016

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Elektron imza” sertifikat daşıyıcılarının yeni növü - USB tokenlərin geniş ictimaiyyətə tanıdılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə USB tokenlərin istifadəsini əyani şəkildə göstərən və onların üstünlükləri barədə jurnalistlərə ətraflı məlumat verən Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov yeni daşıyıcıların əhalinin büdcəsinə qənaət edəcəyi ilə yanaşı onların istifadəsi və daşınması baxımından daha rahat olmasını qeyd edib. Eyni zamanda USB tokenlərin elektron imza açarlarının təhlükəsiz saxlanılmasına xidmət edəcəyini xüsusilə vurğulayıb.
İnformasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq.