AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

31.12.2015

Dövlət Gömrük Komitəsi tərəfindən  "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə   “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə” xidməti  elektronlaşdıraraq ”Elektron Hökumət” portalına inteqrasiya edildi. 
Belə ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elktron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyəmnamə”ni seçib, gömrük bəyəmnaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkldaşına təqdim etməlidir.
Proses isə çox sadədir. Vətəndaş xidmətin üzərinə vuraraq açılan pəncərədə passport nömrəsini, doğum tarixini qeyd edərək irəli düyməsini seçir, sonra portal üzərindən FİN-ə uyğun olaraq tanınan kimliyini təsdiq edib, gəldiyi və getdiyi ölkənin istiqamətini seçir. Daha sonra açılan pəncərədə müvafiq kateqoriyanı (valyuta, nəqliyyat vasitəsi, bəyan olunan mallar, müşaiyət olunmayan baqajla  və ya daşıyıcı tərəfindən keçirilən mallar, ölmüş şəxslər, tabutdakı meyitlər, urnadaki küllər və s.) seçərək, bəyannamədə yanlış məlumat göstərdikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıdığı xəbərdarlığını alaraq, daxil etdiyi məlumatların doğru olduğuna əmin olub “təsdiq et” düyməsini vurur. Nəticədə hazırladığı bəyamnamə Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınır və vətəndaşa qeydiyyat kodu göndərilir. Bununla da vətəndaş “çap et” düyməsini sıxaraq gömrük bəyamnaməsini çap edib,gömrük xidmətinə təqdim edə bilir.  
Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili gömrük sahəsində işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək. Bununla da Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı  9-a çatdırılıb.
  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya