AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

01.12.2015

 

Bu gün "Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Slavyan Universitetinin tələbələri üçün   “Elektron Hökumət və gənclər” movzusunda seminar təşkil olundu. Universitetin konfrans zalında baş tutan  seminarda məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və digər İKT yenilikləri barədə ətraflı informasiya vermək və tələbələrdə “Elektron Hökumətlə” bağlı praktiki biliklər formalaşdırmaqdır.
Bu məqsədlə hazırlanmış prezentasiya ilə “Elektron Hökumət” portalının mütəxəssisləri seminarı açıq elan etdi və seminara interaktiv dialoq şəklində start verildi. Məruzəçilər “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları ilə yanaşı "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdilər, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdilər. “Elektron arayışlar”, “Elektron ödənişlər”, “Əks əlaqə”, “Onlayn konsultasiya”, “Fikir bankı” və portalda yaradılmış digər funksionallıqlar və servislər barədə iştirakçılara geniş məlumat verildi. “Elektron Hökumət” portalının bu yaxında istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi. Bununla yanaşı 20-yə yaxın ən aktual elektron xidmətlərlə yeni istifadəyə verilmiş mobil versiya barədə tələbələrə ətraflı məlumat verildi.
Bununla yanaşı məruzəçilər vətəndaşlar tərəfindən daha çox istifadə olunan "Elektron arayışlar” barədə də tələbələrə geniş məlumat verdilər. Qeyd etdildi ki, elektron arayışlar daha çox sosial tələbat olan və portalda ən çox istifadə olunan xidmətlərdəndir və hazırda "Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 11 növdə e-arayışlar təqdim edilir. Gələcəkdə e-arayışların əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Sonra isə məruzəçilər portal üzərindən təqdim olunan elektron xidmətlərdən  məhz gənclər üçün nəzərdə tutulmuş və daha çox istifadə olunan elektron xidmətləri real rejimdə test edilərək nümayiş etdirildi.
Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular və portalda qeydiyyatdan keçmək üçün kod/parollar təqdim olundu.

 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya