AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

Normativ-hüquqi aktların layihələri

Normativ-hüquqi aktların layihələri haqqında

Portalda yaradılan bu xüsusi bölmə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 iyun 2012-ci il tarixli 142 nömrəli Qərarının icrası ilə əlaqədar yaradılmışdır. Hazırlanan  bölmənin əsas məqsədi layihələrin razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılmasından ibarətdir. Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər. Layihə ilə birlikdə aşağıdakı məlumatlar portalda yerləşdirilmişdir:

-   İnformasiya sahibinin adı;
-   Layhənin adı;
-   Layihənin tarixi;
-   Müzakirəyə verilmə tarixi;
-   Müzakirənin son tarixi.

Bundan əlavə vətəndaşların axtarışını asanlaşdırmaq məqsədilə yuxarıda adı sadalanan bölmələr üzrə ayrı-ayrılıqda axtarış imkanı yaradılmışdır. Eyni zamanda “Baxış” hissəsində layihənin tam mətninə baxa və ya faylı yükləyə bilərlər. Həmçinin bu hissədə yerləşdirilən “Təkliflər” bölməsi vasitəsilə vətəndaşlar müzakirə edilən layihə ilə bağlı öz irad və təkliflərini lazımi informasiya sahiblərinə göndərə və onlardan cavab almaq imkanına malik olurlar. Bu proses dialoq rejimində qurulmuşdur. Onu da qeyd edək ki, irad və təklifləri yalnız elektron imza sertifikatına sahib olan vətəndaşlar göndərə bilərlər. “Bütün təkliflər” bölməsində isə hər bir vətəndaşın hesabında olan bütün təkliflər əks olunur. 
Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihələr üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan portalda yerləşdirilir. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.
Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinə buradan keçid edə bilərsiniz.

  • 457

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 333

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 497

    Dövlət saytlarında olan xidmətlər

  • 431

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya