AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

15.10.2015

Dövlət Gömrük  Komitəsi tərəfindən  elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və bununla da vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində ardıcıl işlər davam etdirilir. Bu məqsədlə, Dövlət Gömrük Komitəsinin daha iki elektron xidməti portalda vətəndaşların istifadəsinə verilib və bununla da,  Komitənin “Elektron Hökumət” portalında təqdim etdiyi xidmətlərin sayı 8-ə çatmışdır.

Portala yeni inteqrasiya olunan xidmətlər aəağıdakılardır:

  • Gömrük rəsmiləşdirilməsi üçün müraciət
  • Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri

"Gömrük rəsmiləşdirilməsi üçün müraciət" elektron xidmətindən istifadə etməklə gömrük rəsmiləşdirmələrini onlayn olaraq həyata keçirə bilərsiniz.

"Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri" adlı xidmətdən istifadə edərək  rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətlərini  göndərmək mümkündür.

Bu xidmətlərdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə etməlisiniz.

Qeyd edək ki, cari ilin sentyabr ayı ərzində Dövlət Gömrük Komitəsinin  portaldakı e-xidmətlərindən istifadə sayı 826 olmuşdur.

 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya