Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

12.10.2015 -

Dövlət Sosial Müdafiə Fondunda elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu daha iki elektron xidməti vətəndaşların istifadəsinə verib və bununla da Dövlət Sosial Müdafiə Fondunun “Elektron Hökumət” portalında təqdim etdiyi xidmətlərin sayı 17 yə catıb. Yeni istifadəyə verilən xidmətlər:

  • Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması
  • Ailə kəndli təsərrüfatının onlayn uçota alınması

Bu xidmətlər interaktiv olmaqla yanaşı, xidmətlərdən istifadə ödənişsizdir. Bu xidmətlərdən istifadə vaxt itkisinin aradan qalxmasına, eyni zamanda bu sahədə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Qeyd edirik ki, cari ilin sentyabr ayı ərzində  Dövlət Sosial Müdafiə Fondunun portaldkı e-xidmətlərindən istifadə sayı 94102 olmuşdur və bütün qurumlar arasında istifadə sayına görə 3-cü olmuşdur.