Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Mətbuat nümayəndələrinin nəzərinə!

 

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur.  Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və  İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.

Bildiririk ki, 11 sentyabr 2015-ci il tarixdə saat 11:00-da "Elektron Hökumət" bülleteni üzrə brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Brifinq Məlumat Hesablama Mərkəzində keçiriləcək.

Ünvan:Azərbaycan, Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva kücəsi 185

Daha ətraflı məlumat almaq üçün press@rabita.az  e-poçt ünvanına müraciət edə bilərsiniz.

 

11 sentyabr 2015-ci il tarixində Məlumat Hesablama Mərkəzində keçiriləcək

"Elektron Hökumət" bülleteninin növbəti sayı üzrə

         BRİFİNQİN PROQRAMI

11:00–11:05

Salamlaşma

11:05–11:30

“Elektron Hökumət”portalının operatoru RYTN Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun  çıxışı

11:30–11:40

Mərkəzi bankın nümayəndəsi Vahid Qurbanlı, Fərid Vəliyev

11:40–11:50

“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyovun çıxışı  

11:50–12:00

“Milli kart” MMC –nin nümayəndəsi Cəlal Orucov

12:00–12:10

Azərbaycan internet forumunun prezidenti Osman Gündüzün çıxışı

12:10–12:30

Sual-cavab