AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

30.07.2015

Artıq iki ildir ki, "Elektron Hökumət" portalında “E-gov Fikir bankı” adlı xidmət  fəaliyyət göstərir. İinternet istifadəçisi olan hər bir şəxs portalın ana səhifəsində yerləşdirilmiş  “Fikir bankı”na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) “Elektron Hökumət”ə aid istədiyi təklifi daxil edə bilir. Vətəndaşın verdiyi ideya və təkliflər portalın inzibatçıları tərəfindən dəqiqləşdirilib təsdiqlənir. Bundan sonra təklif portalda əks olunur və təsdiqlənmiş təklifi digər istifadəçilər də görə bilirlər.
"Elektron Hökumət" quruculuğu üzrə təkliflərin, ideyaların göndərilməsi məqsədilə 2013-cü ilin noyabrında yaradılmış "Fikir bankı"na yeni funksionallıqlar əlavə edilib. Belə ki,  “Fikir bankı”nda  təklifi görən istifadəçilər üçün  “bəyəndim” və “bəyənmədim” adlı sadəcə iki düymə mövcud idi.  Bu düymələrin üzərinə vurmaqla  portaldan istifadə edən digər vətəndaşların münasibətini öyrənmək mümkün idi. Hazırda  isə atrtıq 3-cü düymənin fikir bankına əlavə edilməsi ilə vətəndaşlar xidmətin alt hissəsində olan şərh bölməsindən istifadə edərək “Fikir bankı”nda toplanmış təkliflərə öz münasibətlərini bildirə bilərlər. Yeni yaradılmış funksionallıqlardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin videoya çəkilərək “Fikir bankı”na göndərilə bilməsidir. Həmçinin, “ən son əlavə olunanlar”, “ən reytinqlilər” kimi iki düymə də var ki, bununla da istifadəçilər ən çox bəyənilən ideyanı müəyyənləşdirə bilərlər. Məsələn, hazırda ən çox reytiq toplayan “Vətəndaşın adına olan bütün kredit ödənişlərinin, cərimələrin, kommunal ödəmələrin Elektron Hökümət tərəfindən təqdim olunan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətində əks olunması” təklifi 11729 dəfə bəyənilib.

 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya