AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

10.06.2015

9 iyun 2015-ci il tarixində  "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları  ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları  arasında  görüş keçirilmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov, Məlumat Hesablama Mərkəzinin  "Yeni Texnologiyalar" şöbəsinin müdiri Cəmşid Naxçıvanski, "Veb proqramlaşdırma"  şöbəsini müdiri Emin Novruzov və digər mütəxəssislər iştirak etmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin veb səhifələrində təqdim etdiyi elektron xidmətlərin  "Elektron Hökumət" portalına inteqrasiya olunması istiqamətində müzakirələr aparılmışdır. Görüş zamanı inteqrasiya olunacaq xidmətlərin təhlükəsizliyi, istifadə üsullarının portala uyğunlaşdırılması və səmərəliyinin artırılması  məsələləri müzakirə edildi. Xidmətlərin portala inteqrasiyası üçün tələb olunan texniki şərtlər MHM-in əməkdaşları  tərəfindən izah edildi.

C.Naxçıvanski  müzakirə zamanı portala qoşulma ilə bağlı texniki tələbləri, xidmətlərin hazırlanması və "Elektron Hökumət" portalına inteqrasiya prosesini, məlumatların ötürülməsi mexanizmini, ortaya çıxa biləcək problemləri və həll yollarını qurum nümayəndələrinə bildirdi.

E. Novruzov artıq portala bundan sonra inteqrasiya olunan xidmətlərin təhlükəsizlik və operativiyi ilə yanaşı, həmçinin dizayn formatının da müvafiq tələblərə uyğunlaşdırılmasının vacibliyini qeyd etdi.

Q. Abbasov MHM-in əməkdaşlarına nazirliyin təqdim etdiyi elektron xidmətlər haqqında ətraflı məlumat verərək, xidmətlərin portala inteqrasiyası zamanı müəyyən imkanların portal tərəfindən yaradılmasını təklif etdi.

Görüşün sonunda MHM-in aidiyyatı  mütəxəssislərinin yaxın günlərdə quruma göndərilməsi və ilkin texniki hazırlıqlara başlanması qərara alındı.  

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya