AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

09.06.2015

9 iyun  tarixində "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin iyun sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri, Azərbaycan Texniki Universitetinin,  “Azərişıq”ASC-nin, “Azərsu” ASC-nin nümayəndələri və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz iştirak etdi.
Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. 
Daha sonra, N.Mərdanov tədbirdə iştirak edən AzTU-nin kafedra müdiri Zəfər Cəfərovu təqdim edərək RYTN MHM ilə Azərbaycan Texniki Universitetinin birgə təşəbbüsü  olaraq icrasına başladıqları  elm-təhsil və texnologiyalar birliyinin yaradılmasının önəmli yeniliklərdən biri olduğunu qeyd edərək çıxış üçün sözü Zəfər Cəfərova Verdi.
Z.Cəfərov çıxışında MHM ilə birgə elmi fəaliyyətlərdən bəhs edərək  “Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin əsasnaməsinin artıq təsdiq edildiyini və bu əsasnaməyə əsasən elmi-metodiki fəaliyyət istiqamətlərinin müyyənləşdirildiyi bildirdi. Birliyin tədris planının əsasnamə üzrə təsdiq edildiyini qeyd edən Z.Cəfərov bu əməkdaşlığın elmi-praktiki əhəmiyyətini nəzərə çatdırdı.
Sonra “Azərişıq”ASC-nin nümayəndəsi Tanrıverdi Mustafayev çıxış edərək  ilk növbədə qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırılması ilə əlaqədar portalın operatoru olan MHM-ə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. “Azərişıq” ASC-nin portal üzərindən təqdim edəcəyi elektron xidmətlərin adlarını açıqlayaraq bu xidmətlərin ictimai mahiyyətindən söz açdı.
Daha sonra, Vüqar Həşimov çıxışında  tezliklə vətəndaşlara təqdim olunacaq elektron xidmət çeşidinin artacağını, abonentlərin tələbatlarının vaxtında ödənilməsi üçün abunəçi sorğularının onlayn qəbulu, borcun onlayn araşdırılması və s. elektron xidmətlərin vətəndaşlara təqdim ediləcəyini bildirdi.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında qurumların elektronlaşma sahəsində icra etdiyi işləri yüksək qiymətləndirdiyini qeyd etdi. 
Tədbirdə "Elektron Hökumət" portalı tərəfindən daha bir yenilik açıqlandı. Portalın operatoru RYTN MHM-in direktoru N.Mərdanov mobil operatorlar tərəfindən yeni nömrələrin satışı prosesinin yeni qərara əsasən tezliklə texniki qaydalara uyğun olaraq portal üzərindən həyata keçiriləcəyini və köhnə nömrələrin İAMAS-a uyğunlaşdırılacağını, bunun sayəsində isə portal tərəfindən vətəndaşlara SMS vasitəsilə ödənişlər, cərimələr və s. üzrə bildirişlərin göndəriləcəyi xəbərini verdi.
Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.

 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 440

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya