Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

03.06.2015

Azərbaycan Texniki Universiteti və RYTN MHM-in birgə təşəbbüsü ilə elm-təhsil və texnologiyalar birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılmışdır. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında “Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” adlanan  elm-təhsil və texnologiyalar birliyinin yaradılması ilə “Elektron idarəçilik, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm, təhsil və biznes səylərini birləşdirmək niyyətindədir.

 MHM virtual aləmdə “vətəndaş-dövlət”, “dövlət-dövlət” münasibətlərini reallaşdıran “Elektron Hökumət” portalının və elektron dünyanın əsas bazisi olan  elektron imza üçün Açıq Açar İnfrastrukturunun (PKİ) – Milli Sertifikat Xidmətləri Mərkəzlərinin, ölkənin bütün ərazisini əhatə edən  AzDataCom - yüksək sürətli məlumatların ötürülməsi şəbəkəsinin operatorluğu ilə bərabər, eyni zamanda, dövlət informasiya sistemlərinin və fərdi məlumatlar informasiya sistemlərinin reyestrini və monitorinqini aparmaqla, respublikamızda informasiya sistemlərinin və ehtiyatlarının elektron idarəçilik istiqamətində istifadəsini də əlaqələndirir. Geniş və  elm tutumlu fəaliyyət sahəsinə malik olan MHM, yüksək ixtisaslı kadr hazırlığı məsələsinə müstəsna əhəmiyyət verir və bu istiqamətdə daim beynəlxalq və yerli əməkdaşlıqlar quraraq elmi-texnoloji potensialın artırılması istiqamətində səylər göstərir.

Cəmiyyətimizin yaşadığı mövcud informasiya əsrində təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi innovativ elmi inkişaf dövründə AzTU ilə RYTN MHM-in belə bir elmi-texnoloji tərəfdaşlığının yaradılması zərurətdən irəli gələn bir hadisədir. Milli Strategiya”nın əsas prinsiplərinə və strateji istiqamətlərinə uyğun təşkil olunan bu birlik ali təhsilin yüksək texnologiyalar bazasında inkişafını təmin edəcək və elmi tədqiqatların aparılmasında əlverişli şəraitin formalaşdırılmasına əlavə vəsilə olacaqdır.

AzTU və RYTN MHM tərəfindən yaradılan elm-təhsil və texnologiyalar birliyinin fəaliyyət istiqamətləri- tədrisi-metodiki, elmi tətqiqat, elmi-metodiki və təşkilati fəaliyyəti artıq müəyyənləşdirilmişdir. Belə ki, birliyin tədris-metodiki fəaliyyəti Elektron İdarəçilik, İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, təhsil üzrə elektron resursların inkişaf etdirilməsi, ali təhsilin tədris planlarının, mütəxəssis hazırlığı proqramlarının mütəmadi olaraq aktuallaşdırılması, ali təhsilin İKT sahəsinin tələblərinə uyğunlaşdırılması, fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi, İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi və sair məsələlər çərçivəsində təşkile diləcəkdir.

Elm-təhsil və texnologiyalar birliyinin əsas vəzifələri predmet yönlü təhsili fəaliyyət yönlü təhsil ilə əvəz etmək, mövcud problemlərin birgə müzakirəsi üzrə elmi-metodik seminarlar təşkil etmək, elektron idarəçilik üçün yüksək ixtisaslı kadr hazırlamaq, yeni hazırlanan kontentin tətbiqi üzrə “birgə ilkin müzakirə və təqdimatlar keçirmək, habelə, birgə səy nəticəsində tələbələrin müstəqil (dərsdən kənar) və tədqiqat (magistr dissertasiya, buraxılış və kurs işlərinin) işlərinin kataloqunu yaratmaqdır.