AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

29.05.2015

2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələri üzrə yekun qiymətləndirmə ilə bağlı təqvim planının növbəti yekun təsdiq mərhələsi davam etməkdədir. Bununla əlaqədar olaraq, şagirdlərin cari tədris ilinə aid illik qiymətləri təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiqlənməsi 14.06.2015-ci il tarixində yekunlaşacaqdır.
Qeyd edək ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan şagirdlər TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaya bilərlər. Bunun üçün “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olub, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” xidmətini seçərək istifadəçi adı/şifrəni və  tədris ilini qeyd etmək kifayətdir.
 Nəzərinizə çatdıraq ki, portal vasitəsilə şagirdlər qarşıdan gələn qəbul imtahanları ilə bağlı "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi", " Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi", " Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu" və digər xidmətlərdən də faydalana bilərlər.
Qeyd edək ki, elektron xidmətlərlə bağlı yaranan istənilən suallar  “157” Zəng mərkəzinə, portaldakı “Onlayn Konsultasiya” xidmətinə  və “Əks əlaqə” bölməsinə yönləndirilə bilər.

 

 

  • 443

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 336

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 505

    Dövlət saytlarında olan xidmətlər

  • 439

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya