Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

27.05.2015

"Elektron hökümət” portalı bu gün  vətəndaşlara 420 elektron xidmət təqdim etməkdədir. Eyni zamanda  "Elektron hökumət” portalı fəaliyyətə başladığı vaxtdan öz işini istifadəçi tələbatı və marağı üzərində mərkəzləşdirmişdir. 2012-ci ildə fəaliyyətinə 50-ə yaxın elektron xidmətlə başlamasına baxmayaraq qısa müddətdə sosial xidmətlərin elektronlaşması istiqamətində xeyli işlər görülmüş, portal üzərində bir çox istifadəçi yönümlü funksionallıqlar yaradılmışdır. Portal "Fikir Bankı", "Mənim xidmətlərim", "Əks Əlaqə", "Şəxsi Kabinet" kimi funksionallıqları ilə istifadəçilərin rəğbətini qazanmışdır.

Bu gündən etibarən isə "Elektron Hökumət" portalı üzərindən daha bir servis vətəndaşlara təqdim olunur. "Onlayn Konsultasiya" adlanan bu xidmət vasitəsilə vətəndaşların portala müraciəti zamanı yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapacaq. Bu servis - vətəndaşların irad, təklif və  şikayətlərinin dərhal qeydə alınaraq, operativ tədbirlər görülməsi üçün mükəmməl vasitədir.

"Onlayn Konsultasiya” xidmətinə daxil olaraq vətəndaş ad, soyadını, elektron poçt ünvanını qeyd etməli, sual və ya təkliflərin cavablanması üçün müvafiq istiqaməti seçməli, daha sonra, müraciətini ətraflı şərh etməlidir.

Onlayn Konsultasiya xidməti yalnız iş vaxtı xidmət göstərir.

İş vaxtı: 09:00 - 18:00

Nahar fasiləsi: 13:00  - 14:00

Qeyd edək ki, "Elektron Hökumət" portalının başlıca hədəfi səmərəli xidmətlər təklif edərək vətəndaş məmnuniyyətini təmin etməkdir.