Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

08.05.2015

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Elektron Hökumət Portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 7 may tarixində ağacəkmə kampaniyası keçirildi. Cari ildə tədbirlər planının müxtəlifliyi ilə seçilən müəssisə sağlam cəmiyyət naminə ölkənin ekologiyası, bioloji müxtəlifliyi məsələlərinə biganə qalmadı.

Təbiəti qoruyaq şüarı altında baş tutan aksiya üçün "Azərkosmos" ASC-nin inzibati binasının ərazisi seçildi. Tədbirin məqsədi yaşıllıqların təbiətdə rolu, onların əhəmiyyəti və təbiətin oksigen mənbəyi olan ağaclara qayğı göstərmək mesajını cəmiyyətə çatdırmaq idi. Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında müəssisənin rəhbərliyi və 100-ə yaxın əməkdaşı iştirak etdi. Müvafiq ərazinin ətrafı təmizlənərək, rekultivasiya edilib və 1000-dən çox ağac əkildi.

Belə aksiyaların şəhərin ekoloji tarazlığını bərpa edilməsi ilə yanaşı insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin aşılanmasında rolu böyükdür.