AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

07.05.2015

“Elektron Hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı sayəsində müvafiq qurum "GoMap elektron xəritə" xidməti ilə portala inteqrasiya etdi. Bu gündən etibarən vətəndaşlar “Elektron Hökumət” portalına daxil olaraq “GoMap” elektron xəritəsindən istifadə edə biləcəklər.

Xəritənin yaratdığı imkanlar arasında nəqliyyat yolları haqqında, iki obyekt arasında marşrutun müəyyən edilməsi, ictimai nəqliyyatın hərəkət istiqamət və s. bu kimi imkanlar mövcuddur. Müvafiq proqram vasitəsilə həmçinin, istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) axtarışı mümkündür.

Bununla da, portal üzərindən xidmət təqdim edən qurumların sayı 44, elektron xidmətlərin sayı isə 419-dur.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya