AZ EN
Xoş gəldiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız
Xidmətlərə müraciət sayı
Günlük zəng sayı

16.04.2015

"Elektron Hökumət" portalında Təhsil Nazirliyinin  təqdim etdiyi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üçün “elektron ərizə"  elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edildi. Əvvəlki versiyada elektron ərizəyə məlumatları daxil etmək üçün giriş edilən zaman istifadəçi yalnız elektron poçt vasitəsilə qeydiyyatdan keçirilirdi. Yenilənmiş versiyada isə         “elektron ərizə sistemi” nin “İAMAS”a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulmasının təmin edilməsi ilə ərizəyə müvafiq qeydiyyatın şəxsiyyət vəsiqəsi (Fərdi İdenfikasiya Kodu - FİN vasitəsilə) ilə aparılması tətbiq edilmişdir.

Qeyd edək ki, xidmət istifadəçiyə ərizə formasını dolduran zaman e-xidmətdə tələb olunacaq sənədlərin siyahısı yerləşdirilən keçidi (linki) təqdim edir. İstifadəçi siyahıda adları qeyd olunan bütün tələb olunan sənədlərin sürətini (skan) elektron ərizəyə məlumatlar daxil edilən zaman sistemə yükləməlidir. Həmçinin istifadəçi elektron ərizəsini tamamladıqdan sonra müraciətinin statusunu real rejimdə izləyə bilmək imkanını əldə edəcək və hər bir status dəyişikliyi barədə ona avtomatik bildiriş göndəriləcəkdir.

Qeyd edək ki, istifadəçi ilkin variant olaraq sənədlərinin elektron variantını xidmətdən istifadə edərək təqdim edir. Müsahibəyə dəvət olunan namizədlərdən müsahibə günü notarial qaydada tərcümə və təsdiqi tələb edilən sənədlərin surətinin Təhsil Nazirliyinə təqdim edilməsi tələb olunacaqdır. Əgər iddiaçının elektron ərizəsində göstərdiyi sənədlərdəki məlumatlarla müsahibə günü təqdim edəcəyi sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri arasında fərqlilik olarsa, həmin şəxs müsahibəyə buraxılmayacaq və onun müraciəti ləğv olunacaq.

Bununla yanaşı, ötən ildən fərqli olaraq, elektron ərizənin məzmununda da bəzi dəyişikliklər edilərək istifadəçilərə geniş imkanlar verilmişdir. Belə ki, iddiaçılar elektron ərizəyə yüklədikləri bütün sənədlərə baxa, onları silə və ya dəyişə biləcək, elektron ərizəni təsdiq etdikdən sonra onlardan əlavə sənədlər tələb olunduğu halda, onu da elektron qaydada izlənmə sistemi panelində yaradılmış imkan vasitəsilə təqdim edə biləcəklər.

  • 452

    Təsdiq olunmuş xidmətlərin sayı

  • 351

    Bunlardan portala inteqrasiya olunmuşlar

  • 502

    Dövlət saytlarında olan xidmətlər

  • 457

    Portalda olan xidmətlərin sayı

Onlayn konsultasiya
Onlayn konsultasiya