Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

19 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.

Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İctimai Şuranın nümayəndələri iştirak ediblər.

İştirakçılara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin ilkin təqdimatı edilib, portalın imkanları və görülmüş işlər barədə ətraflı məlumat verilib.

Sonda portal ətrafında geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, o cümlədən portalın təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər bildirilib.