Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

20.02.2017

İstehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “Elektron hökumət” portalı üzərindən müraciət edə biləcəklər

Artıq istehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “www.e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər. Belə ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təqdim etdiyi Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə portalda təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidirlər. Daha sonra ASC-nin təqdim etdiyi xidmətlər içərisindən 
Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməli və “Davam et” düyməsi seçilməlidir.
Qeyd edək ki, elektron müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Su Kanal İdarəsinin nümayəndəsi tərəfindən zəruri tədbirlər görülür.