You can return to the old version of the website

Open old version

23.04.2015

Manatın devalvasiyası və digər iqtisadi faktorlarla bağlı bank sektorunda yaranan vəziyyətdə banklar məlumatların doğruluğuna (həqiqiliyinə) böyük önəm verirlər.   Problemli kreditlərin artdığı vaxtda banklar kreditlərin verilməsində böyük həssaslıq göstərir, müraciətçilər barəsində daha geniş və etibarlı məlumat toplamaq istəyirlər. Hal-hazırda elə banklar və maliyyə-kredit təşkilatları mövcuddur ki, onlar müraciətçilər tərəfindən verilən  məlumatları dəqiqləşdirmək üçün müştərinin iş yerinə zəng etməklə və s. kimi vasitələrdən istifadə edirlər. Əlbətdə ki,  bu kreditin verilməsinə uzun vaxtın sərf edilməsi, müştərilər üçün əlavə narahatçılığın yaranması deməkdir.
Artıq bir çox banklar bu məsələdə “Elektron Hökumət” portalının potensialından yararlanırlar. Bu gündən etibarən “Demirbank” ASC-nin müştəriləri də elektron şəkildə iş yerindən arayışı və digər zəruri sənədləri onlayn şəkildə banka göndərə biləcəklər. Həmçinin, vətəndaşlar bankın filiallarına yaxınlaşaraq elektron arayışı elə yerindəcə əldə edə bilərlər.

Bunuda qeyd edək ki,  portal vasitəsilə  sosial müavinətlər haqqında yardımlar, təqaüdçü barəsində məlumatlar, rabitə borcuna dair informasiya və digər  bu tipli arayışları formalaşdırmaq mümkündür. Bu isə, vətandaşları əlavə get-gəldən azad eləməklə bərabər, bank mütəxəssisləri tərəfindən düzgün qərarların verilməsində yetərli fayda verə bilər.