You can return to the old version of the website

Open old version

23.04.2015

Dünya təcrübəsinə nəzər yetirdikdə, elektronlaşmanın yüksək mərhələsi kimi hökumət məlumatlarının açıq edilməsi prosesinin artıq öz ictimai bəhrəsini verdiyinin müşahidə edirik. Hazırda, bir çox dövlətlər vətəndaşların gündəlik sosial qayğılarının bu məlumatlar əsasında hazırlanan mobil tərtibatlar vasitəsilə həllini təmin etməyə səy göstərir. Açıq edilən ictimai məlumatlar əsasından hazırlanan reminder, naviqator tipli eləcə də, informativ mobil əlavələr vətəndaşların gündəlik qayğılarını yüngülləşdirməklə yanaşı eləcə də, ölkəyə yüksək gəlir gətirir.
Hazırda "E-hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşəbbüsü ilə mobil tətbiqlərinin hazırlanması üçün zəruri şərait yaradılmışdır. Cari ilin əvvəlində vətəndaşların istifadəsinə verilmiş  “data.gov.az” açıq hökumət məlumatları portalında hazırda 20-dən artıq məlumat bazası açıq edilmişdir.
Bu günlərdə, daha 4 adda açıq məlumat bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən portala inteqrasiya edildi. Sözügedən məlumat bazaları aşağıdakılardır: 
    "Obyekt axtarışı üzrə məlumatların əldə olunması" 
    "Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı"
    "İki məntəqə arasında avtomobil marşrutunun qurulması"
    "Ünvan axtarışı üzrə məlumatların əldə olunması "   
Açıq edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar portalda yerləşdirilmişdir. Bununla yanaşı, portalda hər bir məlumat üzrə yaradıla biləcək  mobil servisin hazırlanma metodları üzrə təlimat da yerləşdirilmişdir.
Qeyd edək ki, sözügedən məlumatlar naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları hərtərəfli əhatə edir. Bu məlumatlardan istənilən şəxs heç bir patent ödəmədən yararlana bilər.
Nəzərinizə çatdıraq ki, açıq hökumət məlumatları ölkəmizdə dünya təcrübəsinə uyğun tətbiq edilir və açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranacaq, bu da öz növbəsində elm və iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcəkdir. Nəticədə mövcud ictimai xidmətlərin keyfiyyəti yüksələcək və iqtisadi tərəqqiyə səbəb olacaqdır.