You can return to the old version of the website

Open old version

10.02.2015

Daxili İşlər Nazirliyinin "Rüsum və cərimələrin ödənişi" e-xidməti "Elektron Hökumət" portalına inteqrasiya edildi. Müvafiq e-xidmət vasitəsilə rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən, onlayn həyata keçirə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, portal üzərindən nazirliyin 3 e-xidməti vətəndaşların istifadəsindədir. Buna baxmayaraq, yanvar ayının e-xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.

DİN-nin təqdim etdiyi sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Qeyd edək ki, "Rüsum və cərimələrin ödənişi" e-xidmətindən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür.

Beləliklə, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 408 oldu.