You can return to the old version of the website

Open old version

10.02.2015

10 fevral tarixdə "Elektron Hökumət" portalının operatoru RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin fevral sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri və portalda aktiv fəaliyyətləri ilə seçilən bəzi qurumların  nümayəndələri iştirak etdilər. Brifinqin keçirilməsində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər barədə qısa məlumat verərək, hər ay keçiriləcək brifingin məqsədini açıqladı. Aylıq "Elektron Hökumət" bülletenlərində İKT sahəsinə aid yerli və beynəlxalq xəbərlərin, həmçinin, "Elektron Hökumət" quruculuğu üzrə təcrübələrin nəşr edildiyini bildirdi.  Məruzəçi MHM tərəfindən elan olunmuş “Start up Azərbaycan 2015” layihəsi çərçivəsində “Bax, istifadə et və yarat” adlı müsabiqə, açıq hökumət məlumatları barədə məlumat verdi. O, media nümayəndələrini daha aktiv olmağa, sual, rəy və təkliflərini daha aktiv şəkildə bildirməyə səslədi. Bildirildi ki, daxil olan bütün fikirlər, təkliflər MHM tərəfindən öyrənilir və dəyərləndirilir.

Daha sonra söz Təhsil Nazirliyinin nümayəndəsinə verildi. O, 2012-ci buraxılış ilində ali təhsil ixtisasları üzrə 33 min 891 ədəd, orta ixtisas üzrə isə 15 min 217 ədəd, 2013-cü ildə isə ali ixtisas üzrə 35 min 108 ədəd, orta ixtisas üzrə 11 min 753 ədəd diplom haqda məlumatların elektron hökumət portalına yerləşdirildiyini bildirdi. Hazırda ötən ilin buraxılış diplomlarının elektronlaşdırılması istiqamətində işlər aparıldığını, əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla bütün diplomların vahid elektron bazasının hazırlandığını vurğuladı. Təhsil Nazirliyi tərəfindən elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama sisteminin hazırlanması üzrə işlərin davam etdirildiyi, bu sistem vasitəsilə diplomların saxtalaşdırılmasının qarşısını tamamilə alınacağı bildirildi.

ƏƏSMN-nin nümayəndəsi öz çıxışında "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidmətinin üstünlüklərini, sosial əhəmiyyətini  qeyd etdi və qısa müddət ərzində 2 milyondan çox vətəndaşın əmək müqaviləsi barədə məlumatların elektron informasiya sisteminə daxil edildiyini bildirdi.

Elektron ipoteka sistemi layihəsinin rəhbəri yeni yaradılmış portalın üstünlüklərindən bəhs etdi və qeyd etdi ki, elektron sənədləşmə bu sahəyə şəffaflıq gətirməklə yanaşı, vətəndaşların narazılıq hallarının qarşısını da almış olacaq. O, qısa müddət ərzində çox sayda e-müraciətlərin daxil olduğunu bildirdi və layihə üzrə planlaşdırılan işlər  barədə məlumat verdi.

"Bank of Baku"-nun nümayəndəsi "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron qrayışların sosial mahiyyətindən və istifadə aktuallığından söz açdı. 2014-cü ilin sentyabr-dekabr və 2015-ci ilin yanvar ayları ərzində 26148 sayda elektron arayışların banka təqdim edildiyini iştirakçıların nəzərə çatdırdı.

İnternet Forumun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.