You can return to the old version of the website

Open old version

07.04.2017

Bərdə sakinlərinə “Elektron hökumət” portalı barədə geniş məlumat verildi

Regionlarda yaşayan vətəndaşları elektron quruculuq, elektron xidmətlər, elektron sənəd mübadiləsi barədə məlumatlandırmaq məqsədilə, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramının davamı olaraq aprelin 6-da Bərdə şəhərinin sakinləri ilə görüş keçirildi. Görüş zamanı vahid elektron xidmət platforması olan “Elektron hökumət” portalından, elektron sənəd mübadiləsinin komponenti  Elektron imzadan danışıldı.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən keçirilmiş seminarın məqsədi regionlarda yaşayan vətəndaşlara elektron xidmətlər, elektron sənəd mübadiləsi barədə məlumat vermək, onları bu imkanlardan istifadəyə dəvət etməkdir.