You can return to the old version of the website

Open old version

06.01.2016

Bu günlərdə daha bir kredit təşkilatı öz müştərilərinə  kredit ayırmaq və digər xidmətləri göstərmək üçün lazım olan arayışların "Elektron hökumət" portalı üzərindən əldə olunması imkanını yaratdı. TBC Kredit təşkilatı kağız üzərində arayışlarla yanaşı, portal üzərindən iş yerinə, yaşayış yerinə və digər tələblər üzrə formalaşan elektron arayışların rəsmi olaraq qəbul edilməsinə başladı. Beləcə, kağız üzərində arayışların alınmasına sərf olunacaq vaxta qənaət edilməklə bərabər bir çox bürokratik məsələlər də həll olunmuş olacaq.
Bildiyiniz kimi, müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışlar bir sıra dövlət və özəl qurumların xidmət əməliyyatının tərkib hissəsidir. Yəni qurum vətəndaşa xidmət göstərərkən (məsələn, ev alqı-satqısı, bank müraciətləri zamanı və s.) icra olunacaq əməliyyatlar daha bir xidmətə sosial tələbat yaradır. Bəzən bir işin icrası üçün vətəndaş bir neçə quruma müraciət etməli olur.
Bu gün yaradılan elektron infrastrukturun əsas mahiyyəti də ənənəvi olan bu mexanizmin aradan qaldırılmasıdır."Elektron hökumət" “Fərdi məlumatlar haqqında”  Qanuna və istifadə tələblərinə uyğun olaraq hazırda 11 adda arayışın elektron mühitdən əldə olunmasına müvəffəq olmuşdur.
Qeyd edək ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 20-dən artıq bank və kredit təşkilatları tətbiq edir.