You can return to the old version of the website

Open old version

16.12.2015

 

Bu gündən etibarən “Azər-Türk Bank” da elektron arayışlardan istifadəyə başladı. Vətəndaşlar “Elektron hökumət” portalı üzərindən elektron arayışı günün istənilən vaxtı əldə etmək imkanına malikdirlər.
Qeyd edək ki, "Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilən “Elektron arayışlar” qısa müddətdə istifadəyə verilməsinə baxmayaraq vətəndaşlar tərəfindən böyük məmnunluqla istifadə olunur. Hazırda bank sektorunda geniş tətbiq olunan e-arayışlar kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradır. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandırır.
Qeyd edək ki, hazırda "Elektron hökumət" portalı tərəfindən 11 arayış vətəndaşlara təqdim olunur.