29.09.2015
Bu gün "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Sumqayıt Dövlət Universitetində tələbələr üçün "Elektron Hökumət" mövzusunda seminar təşkil olundu. Seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev, MHM-in baş mütəxəssisi Nadir Rəsulov mühazirəçi qismində çıxış etdilər.
Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlara praktiki biliklərin aşılanmasıdır.