You can return to the old version of the website

Open old version

16.09.2015

2012-ci ildə "Elektron Hökumət" portalının istifadəyə verilməsi ilə digər xidmətlər kimi siğorta-pensiya məsələləri ilə bağlı xidmətlərin də elektron mühitdən "bir pəncərə" prinsipi əsasında vətəndaşlara çatdırılması üzərində işlənilmiş və aidiyyatı qurumun 12 elektron xidməti portal vasitəsilə vətəndaşların istifadəsinıə verilmişdir.

Bu gündən etibarən isə qurumun daha 3 elektron xidməti portala inteqrasiya edilmişdir:

  • * Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması;
  • * Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması;
  • * Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu.