You can return to the old version of the website

Open old version

19.05.2015

Dövlət orqanlarının elektron xidmətlərindən  “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron Hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə həyata keçirilən tədbirlərin nəticəsi olaraq daha bir dövlət qurumu portala inteqrasiya edildi.

06.05.2015-ci il tarixdə “Elektron Hökumət” portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzində “Azərişıq”  ASC-nin aidiyyatı nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda qəbul edilmiş qərara əsasən görülmüş birgə işlərin nəticəsində “Azərişıq” ASC portala qoşuldu və bu gün “Texniki Şərt üçün müraciət forması” adlı elektron xidmət portal üzərindən vətəndaşlara təqdim etdi.

Sözügedən elektron xidmət vasitəsilə istifadəçilər elektrik təchizatına qoşulmaq üçün texniki şərtlərin verilməsi barədə “Azərişıq” ASC-yə müraciət edə biləcəklər. İstifadəçi portalda qeydiyyatdan keçib xidmətə daxil olan zaman onun şəxsiyyət vəsiqəsində olan məlumatlar İAMAS-dan götürülərək avtomatik olaraq doldurulur.  Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

Qeyd edək ki, “Azərişıq”  ASC-nin 100 minə yaxın abunəçi üzrə ev telefon nömrəsi və FİN üzrə məlumatlar MHM tərəfindən təyin edilərək əlavə edilmiş və "Azərişıq" ASC-ə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir və birinci mərhələdə Bakı şəhəri üzrə abunəçilər, ikinci mərhələdə isə region abunəçiləri (əvvəlki Azərnerji abunəçiləri)  üzrə məlumatların portala inteqrasiyası nəzərdə tutulur. Hazırda,  "Azərişıq" ASC üzrə bir neçə digərr xidmətlərin elektronlaşdırılaraq portala interqasiyası üzərində birgə işlər aparılır.

Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatdı.