You can return to the old version of the website

Open old version

07/05/2015

7 may tarixdə "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin may sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri və portalda ötən ay ərzində aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının nümayəndələri iştirak etdilər.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. N.Mərdanov Qaççqınkomla birgə görülən işlər və artıq istismara verilmiş sistem barədə tədbir iştirakçılarına geniş məlumat verdi.. Bu istiqamətdə müvafiq qurumla görülən işlərin ötən il yay aylarından etibarən başlanıldığına və cari ilin aprel ayında yekunlaşdırılaraq istifadəyə verildiyini söylədi.

Elektron Hökumət quruculuğu üzrə Mədəniyyət və Turizm Nazirliyinin xidmətlərini vurğulayan məruzəçi daha geniş məlumat üçün sözü müvafiq nazirliyinin əməkdaşına verdi.

Daha sonra, Qaçqınkomun əməkdaşı çıxış edərək yenicə istifadəyə verilmiş "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə sistemi" barədə məlumat verdi. Sistemin 6 funksional bölmədən təşkil olunduğunu qeyd edərək ictimai əhəmiyyətini nəzərə çatdırdı.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.