You can return to the old version of the website

Open old version

01.05.2015

2014-cü ilin ikinci rübündən etibarən vətəndaşların istifadəsinə verilmiş elektron arayışlar, mahiyyət etibarilə vacibliyini tezliklə təsdiq etdi. Qısa zaman kəsiyində "Elektron Hökumət" portalı üzərindən e-arayışlardan faydalanan istifadəçilərin sayı sürətlə artmış, portal ilə əməkdaşlıq edən qurumların sayı çoxalmışdır. Cari ildən isə e-arayışların növləri sayca çoxalmış və sosial həyatın demək olar ki, bir çox sahələrini əhatə etməyə başlamışdır.

E-arayış artıq rahatlıq, vaxta qənaət, məmur-vətəndaş münasibətlərinin sonu, nəticə etibarı ilə isə vətəndaş məmnunluğu deməkdir. Bunu nəzərə alaraq, Turanbank da e-arayışlardan faydalanmaqla müştərilərinə daha rahat, şəffaf və çevik xidmət göstərəcəkdir. Bu proses müştəri məmnunluğu ilə yanaşı iş potensialının artırılmasına zəmin yaradacaqdır.

Qeyd edək ki, Turanbankın baş ofisi, "Bakı", "Sumqayıt", "Nur" filiallarında artıq elektron arayışlar üçün yaradılmış sınaq müddətini müvəffəqiyyətlə başa vurmuş, bu gündən etibarən isə real mühitdə istifadəsinə start verilmişdir.

Ölkəmizdə "Elektron Hökumət" portalının devizi şəffaf idarə etmə və vətəndaş məmnunluğudur.