You can return to the old version of the website

Open old version

28.04.2015

 "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzində SOCAR İTRİ-nin və "Azəriqaz" İB-nin müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı “Azəriqaz” İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın portala inteqrasiyası, müvafiq elektron xidmətlərin təşkili, servislərin hazırlanması ilə bağlı təşkil olunan toplantıda “Abonent bazasına xidmət”, “SMART tipli sayğacların tətbiqi və nəzarəti”, “İKT-nın tətbiqi” şöbələrinin, eləcə də Socar İTRİ-nin “Proqramlaşdırma şöbəsi”nin və “İnzibati idarəetmə şöbəsi”nin səlahiyyətliləri iştirak edirdlər. Toplantının məqsədi "Azəriqaz" İB-nin İnformasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu bəzi xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi üzrə vahid məkandan  vətəndaşlara təqdim edilməsidir. Toplantı çərçivəsində zəruri sosial xidmətlərin  elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələləri müzakirə edildi. Bu istiqamətdə portalın mövcud  potensialları barədə ətraflı məlumat verildi.