Artırılmış Reallıq gerçək mühiti səs, görüntü, qrafik və digər məlumatlarla zənginləşdirən texnologiyadır. Android və İOS sistemlərində çalışan “EGOV AR” adlı mobil tətbiq “Elektron hökumət” portalı, Elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Real muhitdə olan obyekt Artırılmış Reallıq texnologiyası vasitəsilə interaktiv ola bilir. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.
1
Mobil cihazınızın əməliyyat sisteminə uyğun marketdən (Google Play / Apple Store) "EGOV AR" yazmaqla tətbiqi yükləyin.
2
Yüklənmiş mobil tətbiqi açdıqdan sonra mobil cihazınızın kamerasını üzərində EGOV AR logosu əks olunan şəklin üzərinə tuşlayıb canlanan videonu izləyə bilərsiniz.