Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

2 milyondan çox “ASAN Viza” verilib

4058
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan “ASAN Viza” üzrə verilən vizaların sayı 2 milyonu ötüb. Əcnəbilərə verilən vizaların cəmi sayı 2 004 934 təşkil edib.

“ASAN Viza” sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanına əsasən yaradılıb.

“ASAN Viza” sistemi www.evisa.gov.az elektron viza portalı və Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsini təmin edir.

Azərbaycana səyahət etmək istəyən xarici ölkə vətəndaşları internet bağlantısı olan istənilən yerdən www.evisa.gov.az portalına daxil olaraq “ASAN Viza” üçün müraciət edə bilərlər. Müraciət üçün etibarlı ümumvətəndaş pasportunun və ya səyahət sənədinin olması yetərlidir. Vizanın alınması üç mərhələdə həyata keçirilir:

• Elektron formatda ərizənin doldurulması;

• Ödənişin həyata keçirilməsi;

• Vizanın elektron poçta göndərilməsi.

Elektron viza 3 saat (təcili viza müraciət forması) və ya 3 iş günü (standart viza müraciət forması) ərzində verilir.

“ASAN Viza” portalı və hava limanlarındakı özünəxidmət terminalları Azərbaycan, İngilis, Fransız, İspan, Alman, İtalyan, Ərəb, Fars və Rus olmaqla - 9 dildə fəaliyyət göstərir. “ASAN Viza”nın hava limanlarındakı əməkdaşları ökəmizə səfər edən əcnəbilərə Azərbaycan, İngilis, Fransız, İspan, Alman, Türk, Hind, Ərəb, Fars, İbri, Urdu, Norveç və Rus dillərində xidmət göstərirlər.